Cüdo

Cüdoçular arasında açıq birinciliyə start verildi

25.05.2018 , 14:50

“Sərhədçi” Olimpiya İdman Mərkəzində 23 yaşadək cüdoçular arasında Bakı şəhər açıq birinciliyinə start verilib.

İlk yarış günündə qızlar bütün çəki dərəcələrində, oğlanlar isə 60 və 66 kq çəki dərəcələrində mübarizə aparırlar. Açıq birinciliyə mayın 26-da yekun vurulacaq.  

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 30 klubdan 288 cüdoçu (254 oğlan, 34 qız) mübarizə aparır.

Facebook Şərhləri

Son yazılar

Yuxarı