big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Çingiz Abdullayevin rəhbər ritorikası – KÖŞƏ

01.04.2015 , 22:45

Mətbuatdan maksimum məsafədə, mətbuata hörmətsizlik, mətbuatı aşağılamaq, qabalıq, yekəxanalıq… Bu, son ayların, xüsusilə də son günlərin “Neftçi”sinin “xəstəlik kağızı”ndakı qeydlərdəndir. İşə “xalqın komandası”nı xalqdan uzaqlaşdırmaqla başladılar. Əvvəlcə, onun “söz artileriyası” – Gündüz Abbaszadə ilə Elnur Əşrəfoğlu susduruldu, ardınca futbolçular. Və klub getdikcə qapalı qutuya çevrildi. O qədər qapalı ki, bəlkə də, tarixinin ən böyük hadisəsini – 2 gün əvvəl keçirilmiş məlum tədbirini məhdud çərçivədə təqdim etdilər. O qədər qapalı ki, özlərinin keçirməli olduqları tədbiri SOCAR-ın ayağına yazdılar. Mətbuatın tədbirə dəvət edilməyən əksər hissəsinin haqlı narazılığını bu yolla zərərsizləşdirməyə çalışdılar, amma çifayda. Əks cəbhənin daha çevik beyinə sahib olduğunu düşünmədilər, düşünə bilmədilər, bəlkə də. Bu hörmətsizlik azmış kimi, media bu gün ikinci dəfə, özü də artıq klubun bir nömrəli şəxsinin ağzından aşağılandı…

Çingiz Abdullayevin şəninə təriflər guppuldada biləcək ən sonuncu adamam, bəlkə də. Necə ki, bu dünya şöhrətli adamın ritorikasını da tənqid edə biləcək ən sonuncu adam hesab edə bilərsiz məni. Amma sizi and verirəm Kitaba (onun yazdığına yox, təbii…), mətbuatın “Çingiz Abdullayev hara, futbol hara” düşüncəsinin, gileyinin, lap deyək ki, qərəzinin (hərçənd, bu fikirdə qərəzin “q”si də yoxdu…) müqabilində “Yazıçı kimi nəsə yazanda məndən soruşurdular ki, niyə cavab vermirsən. Mən onlara bunu deyirdim: “Abidə milçəyə cavab verməz.”cavabı nədir? Yəni Çingiz bəy doğrudanmı bu məsəli yerində işlətdiyini düşünüb? Mən başa düşürəm, doğma dildə danışmaq onun üçün rahat deyil. Amma bunun simptomları özünü adətən mübtəda-xəbər ardıcıllığının kobud pozulması, el dili ilə desək, “erməni-budaq cümlələri”ndən, yaxud qırıq cümlələrin sıralanmasında hiss olunur. Necə ki, bunu Çingiz bəyin 2 gün əvvəlki məlum tədbirdəki çıxışında gördük, eşitdik – təbii, videoyazıda. Amma çıxıb demədik ki, ey dadi-bidad, doğma Azərbaycan dilində səlis danışa bilməyən adam, futbol bir yana, Azərbaycan Yazıçılar Birliyində nə gəzir. Keçdik üstündən. Çünki baş katib Elxan Məmmədov nümunəsi var qarşımızda, Çingiz Abdullayev ağ qarğa deyil. Amma milçək məsəli… “Çingiz Abdullayev hara, futbol hara” – azad düşüncənin və ifadə azadlığının məhsuludur, yəqin ki, buna şübhə etməzsiz. Amma icazə verin, milçək məsəlinin adını dilbilməzlik, yaxud ifadə azadlığı-zad qoymayaq. Nə qoyursunuz qoyun, icazəniz icazə verənə qədər düşüncə azadlığınız var…

Abdullayevin bugunkü müsahibəsindən bir qissə daha… 

– "Neftçi"nin nüfuzunun itirilməsində bir sıra səbəblər olub. Klub və ya futbolçu tərəfindən edilən hərəkətlər klubun imicinə zərbə vurub. Bununla bağlı məlumatınız olub?
– Hamısından xəbərim var. Baxmayaraq ki, yazıçıyam, amma ilk peşəm hüquqşünaslıqdır. Belə əhvalat olsa, söz verirəm ki, liberal olmayacağam. Həmin dəqiqə özünü apara bilməyən insanlar buradan RƏDD OLUB GEDƏCƏKLƏR. Ona görə ki, futbol dünyada bir nömrəli idman növüdür. Futbola ilk növbədə cavanlar gəlir. FUTBOLÇU ÖZÜNÜ MEYDANDA HEYVAN KİMİ APARIRSA, ona baxan da belə edəcək. Mən kitab yazanda düşünürəm ki, yazdığım insanları tərbiyə etməlidir. Futbol da belə olmalıdır. "Fair-play” qaydaları var. Futbolçu dalaşsa, söyüşsə, hakimi təhqir etsə, artıq bu, futbol olmaz. Çalışacağıq ki, nümunəvi komanda olaq. Dava, söyüş, təhqir olsa, həmin adamlar komandada qalmayacaq. Ya mən qalacağam, ya onlar. Mən sərt adamam.

“Rədd olub gedəcəklər”, “futbolçu özünü meydanda heyvan kimi aparırsa”… Yuxarıda da yazdım, “bu dünya şöhrətli adamın ritorikasını da tənqid edə biləcək ən sonuncu adam hesab edə bilərsiz məni”. Amma bu dəfə sizi and verirəm Kitaba, Çingiz bəy, bu nə ritorikadır..? Yəni doğrudanmı sizə “rədd olub gedəcəklər” ifadənizin elektron KİV-də manşet olması maraqlıdır? Yəni doğrudanmı indiyədək yüzlərlə obraz yaradan yazıçının düşüncəsindəki rəhbər, özü də hər hansı dülgər sexinin yox, hamının diqqət mərkəzindəki klubun rəhbəri məhz bu cür danışmalı, bu cür davranmalıdır? Cavabınız nədir, bilmirəm. Bildiyim bir şey var: illərdir, ictimai-siyasi mətbuatın, telekanalların bizə təqdim etdiyi Çingiz Abdullayev obrazı bu deyildi…

P.S. Üç saatdır, “Neftçi”yə göndərilən əsl Çingiz Abdullayev deyil, “feyk profilidi” fikri də keçir ağlımdan, etiraf edim də sonda.

Son yazılar

To Top