big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Avropa liqası

“Bura yaxşı oyun və nəticə üçün gəlmişik” – Qurban Qurbanov

07.11.2018 , 21:39

“Sabah bizi çətin və vacib oyun gözləyir. Dördüncü oyunda yaxşı nəticəni yaxşı oyunla əldə etmək istərdik. Bu, çətin olacaq. “Vorskla” öz meydanında aqressiv çıxış edir. Ötən müddətdə futbolçuları matça hazırlamışıq. Sabah onların yaxşı mübarizə aparacaqlarını və diqqətli olacaqlarını gözləyirik. Ola bilər ki, matçın gedişində dəyişikliklər olsun. Buna hazır olmalıyıq”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Poltavada Ukrayna “Vorskla”sı ilə keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçından əvvəl mətbuat konfransında deyib. Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

– Zədəlilərin vəziyyəti necədir?

– Yalnız Ansi Aqolli meydanda olmayacaq. Maksim Medvedev və Donald Gerrye tam hazır olmasalar da, oynamaq ehtimalı var.

– Bu matça revanş kimi yanaşmaq olarmı?

– Buna revanş deməzdir. Dördüncü oyunumuzdur, xalımız yoxdur. Digər rəqiblərə qarşı da belə istəklə çıxacaqdıq. İndiyədək göstərdiyimiz oyun nəticə üçün kifayət etməyib. Sabah bizim üçün çox vacib olacaq. Bu, dördüncü oyunumuzdur. Elə rəqib üçün də bu, belə olacaq. Qalib gələcəkləri halda, bu, “Vorskla” üçün mərhələ adlamaq baxımından böyük şans olacaq.

– “Vorskla” yenə münasib rəqib kimi qalır?

– Bəli, bu komandaya qarşı daha yaxşı oyun sərgiləmək olar. Amma belə rəqibləri nə üstün, nə də aşağı sayıram. Onlar bizdən daha üstün olan Ukrayna çempionatında oynayırlar. Biz neçə illərdir avrokubok təcrübəsi toplayırıq. Daha güclü çempionatlardan olan, ustalıq səviyyələri yüksək komandaları qarşı çıxış etmişik. Bakıdakı görüşdə heç də rəqibdən geri qalmamışdıq. Ola bilər ki, rəqib öz meydanında daha aktiv, aqressiv oynasın. Bura yaxşı oyun və nəticə üçün gəlmişik. İstənilən rəqibə qarşı belə istəklə çıxacaqdıq. Lakin rəqibə hörmətlə yanaşırıq. “Vorskla”nın öz oyun üslubu var. Çalışacağıq ki, hər birinizi sevindirək.

– “Arsenal”la oyunda daha çox şans əldə etsəniz də, “Vorksla” ilə qarşılaşmada bunu görmədik. Bu, motivasiyanın fərqli olması ilə əlaqədar idi, yoxsa rəqib buna imkan vermədi?

– “Arsenal”la oyunda doğrudan da fərqli görünürdük. Amma deməzdim ki, “Vorskla” ilə qarşılaşmada motivasiyamız az idi. Rəqib yaxşı müdafiə olunurdu. Sadəcə, ustalıq səviyyəsi aşağı oldu ki, imkanlardan yararlana bilmədik. “Arsenal” daha açıq futbol oynayırdı, buna görə hücumlar qura bilirdik. “Vorskla” isə buna şərait yaratmadı, tez qapandı. Digər tərəfdən, üzərimizdə psixoloji basqı var. Azərbaycanın yeganə təmsilçisiyik. Futbolçularda psixoloji yorğunluq olur. Həddən artıq istəkli olduqda, düşündüyünü həyata keçirməkdə çətinlik çəkirsən. Ola bilsin, yenə belə fikirləşiblər. Bu da bizə son nöqtəni qoymaqda mane oldu. Oyunu analiz etmişik. Düşündüyümüz alınsa, ola bilər ki, sabah ilk qarşılaşma ilə müqayisədə tam əksi olsun.

– İlk oyunla müqayisədə dəyişiklik ediləcək?

– Dəyişiklik olacaq. Bu, yaxşı nəticə üçün ediləcək (Report).

Son yazılar

To Top