Bundesliqada 5-ci tur başladı
26.09.2018 , 11:17
Almaniya Bundesliqasında 5-ci tura start verilib
Turun açılış oyununda “Verder” (Bremen) “Herta”nı (Berlin) qəbul edib. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Verder” – “Herta” – 3:1
Qollar: Harnik, 11 (1:0), Velykoviç, 45 (2:0), Dilrosun, 53 (2:1), Kruse, 66-pen (3:1)
Bu qələbə ilə xalını 11-ə çatdıran “Verder” ikinci pilləyə yüksəlib. “Herta” isə 10 xalla 3-cü pillədə qalıb. 4 oyun keçirən “Bavariya” isə 12 xalla liderdir.