“Yuventus”un əfsanəvi qapıçısı Buffonun əvvəlki həyat yoldaşı Alena Seredova yerli mətbuata açıqlama verib
Cəzbedici maniken Buffonun onu diktor Ilaria D’Amico ilə aldatdığını qəzetlərdən öyrəndiyini bildirib: “Kaş ki, evliliyimin bitdiyini, başqa birinin olduğunu Buffon mənim özümə deyərdi. Bunu qəzetlərdən öyrənmək çox təhqiredici idi”.
Qeyd edək ki,2011-ci ildə evlənən cütlük 2014-cü ildə ayrılıblar. Onların 2 uşağı var.