Futbol

Buffon yenidən milli komandada!

18.03.2018 , 07:21

İtaliya yığmasının baş məşqçisi vəzifəsini icra edən Luici Di Byaco millinin qarşıdakı iki oyun üçün heyətini açıqlayıb. Elan olunan siyahıda bir sıra sürpriz adlar yer alıb.

Daha əvvəl milli karyerasını başa vurduğunu bildirmiş Canluici Buffonun yenidən yığmaya dəvət alması kimi, “Nitsa”da uğurlu mövsüm keçirən Mario Balotellinin kənarda qalması da təəccüblə qarşılanıb.

Qapıçılar: Canluici Buffon (“Yuventus”), Mattia Perin (“Cenoa”), Canluici Donnarumma (“Torino”)

Müdafiəçilər: Leonardo Spinazzola (“Atalanta”), Canmarko Ferrari (“Sampdoriya”), Matteo Darmian (“Mançester Yunayted”), Leonardo Bonuççi (“Milan”), Daniele Ruqani, Corco Kyellini, Mattia de Şilio (hamısı “Yuventus”), Davide Zappakosta (“Çelsi”)

Yarımmüdafiəçilər: Marko Parolo (“Latsio”), Jorjinyo (“Napoli”), Allesandro Florensi, Lorenzo Pelleqrini (hər ikisi “Roma”), Marko Veratti (PSJ), Antonio Kandreva, Roberto Qalyardini (hər ikisi “İnter”), Cakomo Boneventura (“Milan”), Brian Kristante (“Atalanta”)

Hücumçular: Federiko Kyeza (“Fiorentina”), Çiro İmmobile (“Latsio”), Andrea Belotti (“Torino”), Patrik Kutron (“Milan”), Simone Verdi (“Bolonya”), Lorenzo İnsinye (“Napoli”)

Qeyd edək ki, İtaliya yığması martın 23-də Argentina, 27-də isə İngiltərə ilə qarşılaşacaq.

Click to comment

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Son yazılar

Yuxarı