Formula1

Bu gün “Formula 1” üzrə Azərbaycan Qran Prisinə start veriləcək

27.04.2018 , 07:45

Aprelin 27-də “Formula 1” üzrə Azərbaycan Qran Prisinə start veriləcək.

Bu, mövsümün dördüncü yarışı olacaq. Avtoidman həvəskarları Avstraliya, Bəhreyn və Çindən sonra diqqətlərini Odlar Yurduna yönəldəcəklər. Əvvəlki yarışdan ilk ikisində “Mercedes”in almaniyalı pilotu Sebastyan Fettel qalib olub. Şanxayda isə ötən il Bakıda birinci yeri tutan “Red Bull”un sürücüsü Daniel Rikkardo rəqiblərini qabaqlayıb.

Ümumiyyətlə, mövsüm 21 Qran Pridən ibarətdir: 

Tarix |Qran Pri | Trek | Uzunluq (metr) | Dövrə
23 – 25 mart Avstraliya Albert-Park 5303 58
6 – 8 aprel Bəhreyn Sahir 5412 57
12 – 15 aprel Çin Şanxay 5451 56
27 – 29 aprel Azərbaycan Bakı 6003 51
11 – 13 may İspaniya Barselona 4655 66
25 – 27 may Monako Monte-Karlo 3337 78
8 – 10 iyun Kanada Monreal 4361 70
22 – 24 iyun Fransa Le-Kastelle 5842 53
29 iyun – 1 iyul Avstriya Şpilberq 4318 71
6 – 8 iyul Böyük Britaniya Silverstoun 5891 52
20 – 22 iyul Almaniya Hokkenhaym 4574 67
27 – 29 iyul Macarıstan Hunqarorinq 4381 70
24 – 26 avqust Belçika Spa 7004 44
31 avq. – 2 sent. İtaliya Montsa 5793 53
14 – 16 sentyabr Sinqapur Marina-Bey 5065 61
28 – 30 sentyabr Rusiya Soçi 5848 52
5 – 7 oktyabr Yaponiya Suzuka 5807 53
19 – 21 oktyabr ABŞ Ostin 5513 56
26 – 28 oktyabr Meksika Mexiko 4304 71
9 – 11 noyabr Braziliya San-Paulu 4309 71
23 – 25 noyabr Abu-Dabi Yas-Marina 5554 55

Yer | Pilot | Komanda | Nömrə | Avstraliya | Bəhreyn |Çin | Xal
1 Sebastyan Fettel Ferrari 5 1 1 8 54
2 Lüis Hemilton Mercedes 44 2 33 4 45
3 Valtteri Bottas Mercedes 77 8 2 2 40
4 Daniel Rikkardo Red Bull 3 4 DNF 1 37
5 Kimi Raykkonen Ferrari 7 3 DNF 3 30
6 Fernando Alonso McLaren 14 5 7 7 22
7 Niko Hülkenberq Renault 27 7 6 6 22
8 Maks Ferstappen Red Bull 33 6 DNF 5 18
9 Pyer Qasli Toro Rosso 10 DNF 4 18 12
10 Kevin Maqnussen Haas 20 DNF 5 10 11
11 Stoffel Vandorn McLaren 22 9 8 13 6
12 Karlos Sayns Renault 55 10 11 9 3
13 Markus Eriksson Sauber 9 DNF 9 16 2
14 Esteban Okon Force İndia 31 12 10 12 1
15 Serxio Peres Force İndia 11 11 16 12 0
16 Şarl Lekler Sauber 16 13 12 19 0
17 Romen Qrojan Haas 8 DNF 13 17 0
18 Lens Stroll Williams 18 14 14 14 0
19 Sergey Sirotkin Williams 35 DNF 15 15 0
20 Brendon Hartli Toro Rosso 28 15 17 20 0
*DNF – Finiş etməyib

Yer | Komanda | Ölkə Xal
1 Mercedes Almaniya 85
2 Ferrari İtaliya 84
3 Red Bull Racing Tag Heuer Avstriya 55
4 McLaren Renault Böyük Britaniya 28
5 Renault Böyük Britaniya 25
6 Scuderia Toro Ross Honda İtaliya 12
7 Haas Ferrari ABŞ 11
8 Sauber Ferrari İsveçrə 2
9 Force İndia Mercedes Hindistan 1
10 Williams Mercedes Böyük Britaniya 0
Bakı üç gün ərzində “Formula 1” ilə yanaşı, “Formula 2” yarışına da ev sahibliyi edəcək. Bu səbəbdən, Qran Prinin təqvimi hər ikisini əhatə edir. Əsas diqqət mərkəzində olacaq “Formula 1”də sərbəst yürüşlər bu gün  gerçəkləşəcək. Birinci sərbəst yürüş saat 13:00 – 14:30-da, ikincisi isə 17:00 – 18:30-da baş tutacaq.

Azərbaycan Qran Prisinin təqvimi

27 aprel

11:00 – 11:45. “Formula 2” – Sərbəst yürüş

13:00 – 14:30. “Formula 1” – Birinci sərbəst yürüş

15:00 – 15:30. “Formula 2” – Sıralama turu

17:00 – 18:30. “Formula 1” – İkinci sərbəst yürüş

28 aprel

12:00 – 13:05. “Formula 2” – Birinci yarış (29 dövrə və ya 60 dəqiqə)

14:00 – 15:00. “Formula 1” – Üçüncü sərbəst yürüş

17:00 – 18:00. “Formula 1” – Sıralama turu

29 aprel

13:10 – 14:00. “Formula 2” – İkinci yarış (21 dövrə və ya 45 dəqiqə)

14:40 – 15:10. Pilotların paradı

15:00 – 15:25. Açılış mərasimi

15:56-15:58. Dövlət himni

16:10-18:00. “Formula 1” – Qran Pri (51 dövrə və ya 120 dəqiqə)

Facebook Şərhləri

Son yazılar

Yuxarı