Dünya Futbolu

“Borussiya” Argentinadan futbolçu transfer edir

12.01.2019 , 11:33

Dortmund “Borussiya”sı argentinalı futbolçu Leonardo Balerdini transfer etmək üzrədi. Almaniya klubu müdafiəçinin şərəfini qoruduğu “Boka Xuniors”la danışıqları yekunlaşdırıb.

19 yaşlı istedad gələn həftə Dortmunda yollanacaq. Onun müqavilə imzalaması üçün yalnız tibbi müayinədən keçməsi qalıb. Bundan sonra onunla 5 illik anlaşma imzalanacaq. Bu transfer “Borussiya”ya 16 milyon avroya başa gələcək.

Qeyd edək ki, müdafiəçi ilə “Barselona”da maraqlanırdı. Kataloniyalılar hələ yayda 10 milyon avro verməyə hazır idi.

Son yazılar

Yuxarı