Ölkə futbolu

Bir oyunda iki cəzalı

11.02.2019 , 11:59

Azərbaycan Premyer Liqasının 16-cı turunda “Neftçi” öz meydanında “Keşlə”ni 2:0 hesabı ilə məğlub etdi.

Hər iki komandanın bir üzvü cəzalı duruma düşüb. Meydan sahiblərindən Ömər Buludov, qonaqlardan isə Vüsal İsgəndərli cari mövsüm 4-cü dəfə sarı vərəqə alıb. Bu səbəbdən də onlar növbəti turu buraxmalı olacaqlar.

“Keşlə” 17-ci turda “Sumqayıt” qəbul edəcəksə, “Neftçi” “Zirə”nin qonağı olacaq.

Son yazılar

Yuxarı