Dünya Futbolu

Baş məşqçi açıqladı: “Arsenal”ın zədəlisi “Qarabağ”a qarşı oynayacaq?

08.11.2018 , 19:37

İngiltərənin “Arsenal” klubunun uzun müddətdi zədəli olan futbolçusu Loran Koselni Avropa Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ”a qarşı oyanaya biləcək.

Bu barədə komandanın baş məşqçisi Unay Emeri məlumat verib. Fransalı müdafiəçi milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra oyunlara çıxmaq üçün tam hazır olacaq.

Qeyd edək ki, Loran Koselni ötən mövsüm Avropa Liqasının yarımfinal mərhələsinin “Atletiko” ilə cavab oyununda matçda zədələnib. O, bu səbədən Rusiyada keçirilmiş dünya çempionatında da iştirak etməyib.

Son yazılar

Yuxarı