Ölkə futbolu

Banişevskinin vurduğu, amma başqasının adına yazılan qoldan bəhs edən kitab nəşr edilib

23.03.2013 , 03:41

AFFA-nın əməkdaşı Rasim Mövsümzadənin «Bir qolun tarixçəsi» adlı kitabı nəşr olunub.

Korner.azın məlumatına görə, AFFA-nın çap etdirdiyi bu kitab Azərbaycan futbolunun fəxri Anatoli Banişevskinin 1966-cı ildə SSRİ yığmasının heyətində İngiltərədə dünya çempionatında Portuqaliya ilə 3-cü yer uğrunda oyunda vurduğu, amma başqalarının adına yazılan qoldan bəhs edir.

Yeri gəlmişkən, Youtube.com saytında "1966 (July 28) Portugal 2-USSR 1 (World Cup)" yazıb axtarış verməklə ilk çıxan videoda həmin qolu izləmək mümkündür.

Qeyd edək ki, Rasim Mövsümzadə həmçinin «FIFA Ballon d’Or», «UEFA Best Player in Europe» və «Golden Foot» kimi nüfuzlu beynəlxalq mükafatların münsiflər heyətinin üzvüdür.

Facebook Şərhləri

Son yazılar

Yuxarı