big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Digər idman növləri

Bakıda dünya kubokuna yekun vuruldu

29.04.2018 , 14:30

Bu gün Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku turnirinə yekun vurulub.

Dünya Kuboku yarışlarının mükafatçıları sırasında 8 ölkə yer alıb. Turnirdə ən çox medal qazanan ölkə Rusiya olub. Şimal qonşularımız qrup yarışlarında təmsil olunmamasına baxmayaraq, 4-ü qızıl, 1-i gümüş, 1-i bürünc olmaqla turniri 6 medalla başa vurublar. Bolqarıstan ikisi qızıl, üçü gümüş olmaqla 5, Ukrayna biri qızıl, biri gümüş və ikisi bürünc olmaqla 4, İtaliya 1-i qızıl, 1-i gümüş olmaqla 2, Yaponiya biri gümüş, ikisi bürünc olmaqla 3, Belarus biri gümüş, biri bürünc olmaqla 2, Azərbaycan və ABŞ isə hərəyə bir bürünc medal qazanıb.

Xatırladaq ki, bədii gimnastika üzrə Dünya Kuboku yarışlarında 26 ölkədən 127 gimnast mübarizəyə qoşulmuşdu. Onlardan 44-ü fərdi proqramda, 83-ü isə qrup komandalarının tərkibində çıxış edib.

Turnirdə Azərbaycan 7 gimnastla mübarizə aparıb. Ayşən Bayramova, Diana Doman, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Siyana Vasilevadan ibarət yığmamız qrup komandaları arasında, Zöhrə Ağamirova və Veronika Hudis isə fərdi yarışlarda öz məharətini göstərib.

Azərbaycan komandası bürünc medalı 5 halqa ilə mübarizədə qazanıb. Final mərhələsində yarışan millimiz 17,600 xal toplayaraq səkkiz ölkə arasında üçüncü olub.

Qeyd edək ki, paytaxtımız bu mötəbər yarışa altıncı dəfə ev sahibliyi edib (Azərtac).

Son yazılar

To Top