Ölkə futbolu

Badibanqanın “Neftçi”yə keçidi niyə baş tutmadı? – RƏSMİ AÇIQLAMA

31.01.2019 , 17:00

“Şerif”in hücumçusu Ziqi Badibanqanın “Neftçi”yə keçidi alınmayıb.

Bu barədə “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev korner.az-a açıqlamasında məlumat verib. Belçikalı futbolçu ilə danışıq aparılsa da, şərtlərdə razılığa gəlmək mümkün olmayıb: “Bəli, futbolçu ilə maraqlanmışıq. Amma həm maddi həm də digər şərtlərdə razılaşa bilmədik. Danışıqlar biz tərəfdən dayandırılıb. Transfer etməyi düşünürük, ancaq hələki başqa futbolçularla danışıqlar aparılır”.

Dario Federiko ilə yollarını ayıran “Neftçi” braziliyalı futbolçunun yerini məhz Badibanqa ilə doldurmağı düşünürdü

Son yazılar

Yuxarı