Çempionlar liqası

“Azarkeşlər 90 dəqiqə məni təhqir etdilər” – Mourinyo

08.11.2018 , 11:21

“Çox yaxşı oyun idi. Yüksək səviyyədə futbol oynadıq. Komandam sonadək mübarizə apardı. Milyonlarla insan bu qələbəyə sevindi. Amma mən “Yuventus”a hörmət edirəm. Futblçularımla qürur duyuram. Onlar mümkün olan hər şeyi etdi”.

Bu sözləri “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Yuventus”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

“Yuventus”da möhtəşəm oyunçular var. Bonuççinin ötürməsi, Ronaldonun qolu gözəl idi. Bu komanda evdə fantastik oynayır” – deyə  o bildirib.

Morunyo görüşdən sonra tribunaları hədəf alaraq əlini qulağına aparmağı ilə bağlı etdiyi hərəkətə də münasibət bildirib: “Gözəl bir İtaliya şəhərində məni 90 dəqiqə təhqir etdilər. Onları təhqir etmədim. Sadəcə kiçik bir hərəkət etdim. Milyonlarla “İnter” azarkeşinin bundan məmnun olduğunu bilirəm. Ancaq “Yuventus”a, oyunçularına, rəhbərliyi sahib olduqları səviyyəyə görə hörmət edirəm”.

Facebook Şərhləri

Son yazılar

Yuxarı