Bu gün “Sərhədçi” Olimpiya Mərkəzində U-18 yeniyetmələr arasında cüdo üzrə Azərbaycan çempionatına start verilib
3 gün davam edəcək ölkə birinciliyində paytaxt və regionlarda keçirilmiş yarışlarda yüksək nəticələr qazanmış cüdoçular mübarizə aparır.
Bu səbəbdən respublika birinciliyinə maraq çox böyükdü. Belə ki, yarışın ilk günündə 37-si rayon, 43-ü Bakı və Sumqayıtdan olan, ümumilikdə isə 70 klubdan 565 yeniyetmə oğlan və qız cüdoçu medallar uğrunda mübarizə aparır.
APA