Ölkə Kuboku

Azərbaycanın 44-cü komandası

30.11.2017 , 07:15

Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları ilklə nəticələnib

1/4 finala yüksələn komandalardan biri tarixində ilk dəfə 8 ən güclü sırasına düşüb.

 
Belə ki, “Səbail” tarixində ilk dəfə 1/4 finalda oynayacaq. Paytaxt təmsilçisi bu mərhələnin həyəcanını yaşayacaq 44-cü klub olacaq.
 
Düzdü, 1994/95 mövsümündə 1/4 finalda “Səbail” çıxış edib. Lakin həmin vaxt 1-ci dəstədə oynaya-oynaya buna nail olan klub tam fərqli komanda olub və indiki “Səbail”in sələfi deyil.
 
1/8 final səddini adlayan digər 7 komanda isə əvvəllər də belə uğur əldə edib. “Neftçi” rekord sayda – 26 dəfə bunu bacarıbsa, “Qarabağ” 19, “Keşlə” 15, “Kəpəz” 13, “Qəbələ” 10 uğura sevinib.
 
Nisbətən gənc olub, tarixi böyük sayılmayan “Sumqayıt”la “Zirə” 3-cü dəfə yarımfinalın bir addımlığında olacaq.

Facebook Şərhləri

Son yazılar

Yuxarı