Milli

Azərbaycan yığmalarının baş məşqçiləri istefaya göndərildi

08.12.2018 , 13:48

Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçiləri istefaya göndərilib. Bunu əsas yığmanın sabiq baş məşqçisi Qurban Qurbanov deyib.

Bu gün postundan istefa verən 46 yaşlı mütəxəssis bildirib ki, AFFA-nın İcraiyyə Komitəsinin iclasında digər yığmaların da çalışdırıcıları vəzifəsindən ayrılıb.

Rəşad Sadıqov U-21 və U-20, Zaur Həşimov U-18, Ramin Quliyev isə U-17-dəki fəaliyyətini başa vurub.

Yalnız U-19-la mərhələ keçən Vüqar Məmməd işini davam etdirəcək.

Qeyd edək ki, bu baş məşqçilər 2017-ci il dekabrın 20-də vəzifələrinə təyin olunmuşdu

Son yazılar

Yuxarı