Ölkə Kuboku

Azərbaycan Kubokunun finalı Gəncədə keçirilə bilər

14.11.2018 , 17:03

Futbol üzrə Azərbaycan Kubokunun finalı Gəncə şəhər stadionunda keçirilə bilər

Bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. O bildirib ki, bunun üçün stadionun gələn ilin mayınadək hazır vəziyyətdə olması lazımdır. Alternativ variant kimi isə Tofiq Bəhramov adına Respublika stadionu götürülə bilər.
Qeyd edək ki, final matçı 2019-cu il mayın 19-da keçiriləcək.

Son yazılar

Yuxarı