Ayaz Quliyev yenə ən yaxşı seçildi
21.09.2018 , 14:26
Rusiyanın “Rostov”unda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev komandasında həftənin ən yaxşı futbolçusu seçilib.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 22 yaşlı yarımmüdafiəçi azarkeşlər arasında keçirilən sorğuda Premyer Liqanın VII turunda “Ural”la səfər oyununun (1:1) ən yaxşısı olub.
Qeyd edək ki, “Ural”la görüşdə gözəl qol ötürməsi ilə yadda qalan A.Quliyev “Rostov”un avqust ayında da ən yaxşı futbolçusu seçilmişdi.