“Arsenal” üçün şad xəbər – Obameyanq sağaldı
07.10.2018 , 12:44
“Arsenal”ın futbolçusu Pyer-Emerik Obameyanq geri dönüb.
29 yaşlı forvard İngiltərə Premyer Liqasının 8-ci turunda “Fulhem”lə matçda oynamağa hazır vəziyyətdədir.
Qeyd edək ki, qabonlu forvard xəstə olduğu üçün Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı oynamamışdı.