Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli haqda şok məlumat yayılıb. Ölkənin jurnalisti Qabriel Anelyonun iddiasına görə, Sampaoli aşpazı zorlayıb.
Onun sözlərinə görə, federasiya bu məlumatın yayılmaması üçün əlindən gələni edib:
“Sampaoli və aşpaz arasında nələrsə baş verib. Sadəcə, federasiya bu məlumatın yayılmaması üçün hər şey etdi. Sampaoli qadını zorlayıb. Ətrafımda hər kəs bunu bilir. Haqq-ədalət öz yerini tapmalıdır”.