Digər idman növləri

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının vaxtı açıqlanıb

17.03.2018 , 09:05

Martın 24-də Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək

Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dək atlet qüvvəsini sınayacaq.

Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanılmasıdır.

Qeyd edək ki, yarış iki gün davam edəcək.

Click to comment

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Son yazılar

Yuxarı