big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Ağıllı kukla”

28.03.2013 , 10:31

"Siz siyasətə girmədikcə siyasət …" Bunu vaxtilə deyən deyib və nəyi var “tutuzdurub”. 
 
Futbolumuzun siyasətlə hər hansı bağlılığının olduğunu kimsə dana bilməz. Çünki bizim ölkə futbolu oyuncaqdı və hər kəs əlinə keçdikcə oynatmağa çalışır.
 
Söhbət o oyuncaqdan gedir ki, istifadə müddəti bitməyib və bitən də deyil.
 
Lakin diqqət yetirsəz, millinin baş məşqçisi Berti Foqtsun istifadə müddəti bitib. Qoca alman yeni xülyalarla, başaldatmalarıyla günü günə satır. Bu lap hərbi xidmətə oxşayır – "saçok" qabağa düşür. 
 
Əslində, Foqts və onu bu postda dəstəkləyənlərdən bundan artığını gözləmək olmaz. Haqqında çox yazılan Lüksemburq biabırçılığının yanına bir də Portuqaliya rüsvayçılığını qoyduq və hər şey yenə sadə, bir o qədər də bəsit göründü. 
 
Portuqaliyanın adı, sanı, Foqtsu oyundan sonra keçirilən mətbuat konfransında "quşlamağa" vadar edib. Axı bu nə Lüksemburq millisidi, nə də İsrail. Siz Avropa nəhəngi Portuqaliyadan danışırsız… Onsuz da futbol adına nəsə göstərə bilməyən, sadəcə futbolçuların fərdi ustalıqları sayəsində nəsə etməyə çalışan və bunun məntiqi nəticəsi kimi son dövrlərdə uğurları olmayan Portuqaliya bizimkilərin önünə Ronaldosuz, Nanisiz çıxmışdı.
 
Bunlarsız da Portuqaliya bizdən bir yox, bir neçə baş üstün komandadı. Danmırıq, inkar etmirik. Bəs 90 dəqiqə boyu qapıya heç olmaya qeyri-dəqiq zərbə vura bilməyən Foqtsun komandasından nə gözləyək?
 
Bu millidən, Berti Foqtsdan və AFFA başbilənlərindən nəsə gözləmək sadəlövhlükdü. Onsuzda Rövnəq Abdullayev, Elşad Nəsirov, Elxan Məmmədov cənabları tutduqlarını buraxmırlar.
 
Nə yazırsan, nə deyirsən almana kar etmir ki, etmir. Çünki özünəhörmət Foqts və onun kimilərə yaddı. 
Bəs biz nə edək, necə çıxış yolu tapaq? Bir yol var, amma o da yoldan çox, "cığır"a bənzəyir. Söhbət AFFA və Foqtsun oyuncağı olmuş millinin oyunlarını boykot etməkdən gedir. Bunun da nəticə verəcəyi inandırıcı görünməsə də, hər halda, sonuncu gülləni başına sıxar şərəfli əsgər… 
 
Onsuzda nəticə bir yana, futbol adına nəsə göstərə bilməyən millimizdə ən böyük problem Foqtsdu. Deyə bilərsiz ki, "Foqts neyləsin, bu ölkədə futbol yoxdu". Mən razı. Bu ölkədə futbol olmayıb və heç olana da oxşamır. Ancaq bir “əmma” var. O “əmma” ki, "za to" bilərik, millimiz oyuncaq deyil və kimsə burdan qazandığı milyonları öz ölkəsində "loxlayıb, qazanıram" ədasıyla xərcləməyəcək. Qoy o pulların heç olmasa yarısını, Yunis Hüseynov, Nazim Süleymanov, Şahin Diniyev, Vaqif Sadıqov, …, qazansın. 
 
Düzdü, zaman-zaman millinin postu özümüzünkülərə, həvalə olunmuşdu. Ancaq yenə deyirəm, özünə hörmət etməyən, hər danışanda bir "quş" buraxan Foqtsdansa, özümüzünkülər yaxşıdı.
 
Foqts özünü nə sayır bilmirəm. Bildiyim odu ki, o bu milliyə layiq baş məşqçi deyil. Sözün elə hər iki mənasında…

Son yazılar

To Top