Premyer Liqa

AFFA yığmamızın baş məşqçisi vəzifəsinə namizədi açıqlandı

28.12.2018 , 18:12

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd açıqlanıb.

Bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb.

AFFA-nın Məşqçilər Komitəsinin və baş katibliyin birgə fəaliyyəti çərçivəsində müxtəlif mütəxəssislərin namizədliyi müzakirə olunub. Həmin məşqçilərlə görüşlər keçirilib. Hazırda U-21-in baş məşqçisi vəzifəsinə namizəd serbiyalı mütəxəssis Milan Obradoviçdir.

Bütün şərtlərlə bağlı qarşılıqlı razılıq əldə ediləcəyi təqdirdə, Azərbaycan U-21 millisinin baş məqşçisi vəzifəsi Məşqçilər Komitəsinin təqdimatına əsasən Milan Obradoviçə həvalə olunacaq.

Son yazılar

Yuxarı