Futbol

AFFA rəhbərliyi Yurçeviçin təqdimatına niyə gəlmədi? – açıqlama

12.02.2019 , 18:23

Milli komandamızın yeni baş məqşçisi Nikola Yurçeviçin bu gün keçirilən mətbuat konfransında AFFA rəhbərliyindən heç kimin iştirak etməməsi diqqət çəkib.

Adətən əvvəlki illərdə yeni çalışdırıcının təqdimatı zamanı federasiya prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov tədbirə qatılır, jurnalistlərin suallarını cavablandırırdı. Bu dəfə isə AFFA rəhbərliyindən baş məşqçinin yanında kimsə olmadı.

“Bu dəfə AFFA rəhbərliyinin mətbuat konfransında iştirakına ehtiyac duyulmadı” – deyə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Qol.az-a açıqlamasında bildirib: “Əvvəlki təqdimatlarda AFFA rəhbərliyi ona görə iştirak edirdi ki, həmin vaxt tədbir İcraiyyə Komitəsinin iclasından dərhal sonra keçirilirdi. Bu dəfə isə iclas dünən keçirildiyindən və təyinat təsdiqləndiyindən AFFA rəhbərliyinin iştirakına lüzum görülmədi. Çünki gündəmdə İcraiyyə Komitəsi tərəfindən millinin baş məşqçi kimi təsdiqlənən Nikola Yurçeviçin jurnalistlərin suallarını cavablandırması var idi. Yəni, başqa bir xüsusi səbəb yoxdur”.

Son yazılar

Yuxarı