big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

AFFA-nın rusdilli sevgisi – “Sabah”ın rəsmisinin Maltada nə işi var?

10.09.2018 , 14:14

Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində səfərdə Malta yığması ilə qarşılaşacaq.

AFFA-nın Maltaya apardığı jurnalist heyətinin tərkibi çox “rəngarəng”dir. Hamısı olmasa da, əksəriyyət tanışlıq, dostluq prinsiplərinə əsasən seçilib və siyahıdan müstəqil mediaya qarşı sədd qoyulduğu aşkar görünür.

7 jurnalistdən üçünün rusdilli saytı təmsil etməsi çox düşündürücüdür. Azərbaycan dilinin rəsmi dövlət dili olduğu ölkədə əsasən rusdilli auditoriyanın düşünülməsi çox maraqlıdır. Ola bilsin, AFFA-nın baş katibi Elxan Məmmədov dostlarının, mənsub olduğu dəstənin daimi ünsiyyət dilinə hörmətindən bu qərarı verib. Bu adamların öz dünyası var, futbol ictimaiyyəti veclərinə deyil. İclasları, tədbirləri də rus dilində təşkil edilirsə, jurnalist seçimləri başadüşüləndir.

Daha 2 jurnalist AFFA rəhbərliyinin sahib olduğu media qurumlarındandır. Bu da monopoliyanın növbəti nümünəsidir.

Yığmanın məşqçilər korpusunun, mətbuat xidmətinin müdaxilə edə bilmədiyi siyahıya düşən saytlardan birinin ümumiyyətlə, idman bölməsi yoxdur və onların hansı prinsiplərlə dəvət alması çox maraqlıdır. Yəqin ki, bu suala AFFA rəhbərliyi aydınlıq gətirər.

Ən maraqlısı isə jurnalist kimi gedənlərdən birinin “Sabah”ın Müşahidə Şurasının üzvü olmasıdır. Futbola yaxından-uzaqdan dəxli olmayan “1news.az” saytının və “Bakinskiy raboçiy” qəzetinin redaktoru Rəhman Hacıyev ötən 2 gün ərzində Maltadan kiçik bir material da hazırlamayıb. Nə yazıb-yazmadığı önəmli deyil, qəribə olan AFFA-nın hansısa klubun rəsmisinə sponsorluq etməsi, onu səfərə aparmasıdır.

AFFA məhz belə işləyir. Baş katib öz dəstəsini başına yığıb və onların rahatığını, istirahətin, gəzintisini təmin edir. Ona millinin təbliğatı, oyunun işıqlandırılması vacib deyil. Zatən olsaydı, AFFA-nın yaratdığı Media Komitəsinin taleyinə aydınlıq gələrdi. İcraiyyə Komitəsi özunun verdiyi qərara məhz Məmmədovun göstərişi ilə məhəl qoymur. İlin əvvəlində növbəti iclasda bu qurumla bağlı qərar veriləcəyi bildirilsə də, İK üzvləri 2 dəfə toplaşıb, amma mətbuat heç kimin yadına düşməyib.

Bu fakt göstərir ki, AFFA-ya mətbuat da lazım deyil. Onlar gözdən pərdə asmaq üçün 1-2 müstəqil media nümayəndəsinə qapı açır, əvəzində öz yandaşlarını, ideya dostlarını qanadı altına alır. Bununla da, ölkə futbolunun bərbad durumunu, AFFA rəhbərliyinin səriştəsiz işini ifşa edən mətbuatı məhv etməyə çalışırlar.

Komanda.az bu günədək nə AFFA ilə, nə də klublarla səfər davası etməyib. Baxmayaraq ki, bu gün ölkənin idman mətbuatında önəmli yer tutan, oxucuları fasiləsiz xəbərlə təmin edən, ictimai fikirə böyük təsiri olan bir media qurumudur Komanda.az. Sadəcə, AFFA-nın idman mətbuatına bu şəkildə sayğısızlığının, rusdilli mətbuata qucaq açmasının, idmana və idman mediasina dəxli olmayanları önə çəkməsinin yanlış olduğunu düşünürük. Amma daha çox düşündürən AFFA rəsmilərinin ana dilində danışanlara sanki nifrətlə yanaşıb, rusdillilərə xüsusi sevgiylə yanaşmasıdır. Kimsə bilirmi AFFA-nın rusdillilərə sevgisinin səbəbini?

Komanda.az

Son yazılar

To Top