Ölkə futbolu

AFFA-dan 4 kluba 800 manatlıq cərimə

12.02.2019 , 13:48

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının XVI turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar verilib:

“Sabah” – “Qəbələ” matçının 45+1-ci dəqiqəsində  meydan sahiblərinin futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun  90+5-ci dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Zaur Haşımov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat сərimə olunub.

“Sumqayıt” – “Qarabağ” matçında meydan sahiblərinin 5, qonaqların 4 futbolçusunun  sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub.

“Səbail” – “Zirə” matçının 81-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Elvin Yunuszadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Neftçi” – “Keşlə” matçında qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Son yazılar

Yuxarı