Futbol

AFFA aşağı liqa komandalarının baş məşqçilərini təhqirə görə cəzalandırıb

16.05.2018 , 11:00

AFFA İntizam Komitəsi futbol üzrə Azərbaycanın U-15 liqasında çıxış edən “Vətən” və “Zirə” komandalarının baş məşqçilərini cəzalandırıb. 

Buna iki komanda arasındakı görüşdə İlqar Əliyevlə Cəfər Hüseynovun davranışları səbəb olub. 

“Vətən”in baş məşqçisi İ.Əliyev qarşılaşmada təhqiredici ifadələr işlətdiyi üçün meydandan kənarlaşdırılıb. O, 3 oyunluq cəzaya məruz qalıb.

“Zirə”yə rəhbərlik edən C.Hüseynov isə görüşün hakimini təhqir etdiyinə görə meydandan qovulub. Ona isə 5 oyunluq cəza verilib. 

Click to comment

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Son yazılar

Yuxarı