Avstraliya Açıq turnirindən öncə məşq xarakter daşıyan “ATP Brisben” turnirinin finalında 1 nömrəli raketka ustası Roje Federerlə meydan avstraliyalı tennisçi Leyton Heuvit qarşılaşıb.
Korner.az-ın məlumatına görə, avstraliyalı tennisçi 6-1/4-6/6-3-lük nəticələrlə Roje Federeri məğlub edərək çempionluğu əldə edib.
Avstralyanın yetişdirdiyi ən güclü tennisçi olan Heuvet ümumilikdə “Brisben”də 3-cü qələbəsini əldə etmiş oldu. 32 yaşlı raketka ustası bu turnirdəki son qalibiyyətini 2000-ci ildə əldə etmişdi.