big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Əfsanə bitdi (YAZI)

25.04.2012 , 07:47

“Barselona” – “Çelsi”matçı öncəsi. Rus bölməsindən həmkarım, “Çelsi”nin azarkeşi Namiq bir sual verdi: axşamkı oyundan nə gözləyirsən? Cavabım qısa oldu: “Çelsi” finala çıxacaq.
Bunu hələ bir həftə əvvəl Londonda keçirilən oyundan sonra hiss etmişdim. Özünə bənzəməyən komandadan bundan artığını gözləmək yersiz idi. Çünki həmin oyunun davamı “Nou Kamp”da “Real”la qarşılaşmada davam etmişdi. Yenə də məğlubiyyət.
 
Özünəqəsd…
“Çelsi” ilə start heyəti özünəqəsd idi. Bu heyətlə “Barselona”nın mərhələ keçməyəcəyinə daha da əmin oldum. Xosep Qvardiolanın son üç matçda nə etmək istədiyini anlamaq çox çətindir. Rotasiyalar və gənclərə şansın verilməsi… Deyəsən, gənc mütəxəssis bu üç oyunun mövsüm üçün həlledici olduğunun fərqinə varmamışdı. “Real”la qələbə – çempionluq, “Çelsi”ni mübarizədən kənarlaşdırmaq isə Çempionlar Liqası kubokunu qazanmaqla nəticələnə bilərdi. Amma…
Xosep Qvardiola “Barselona”ilə mümkün olan hər şeyi qazanıb – həm  futbolçu, həm də məşqçi kimi. Onun məşqçi kimi qazandıqları daha çox olub. Komandaya bir mövsümdə çıxış etdiyi bütün turnirlərin kuboklarını qazındırıb. Özü də 38 yaşında. Son zamanlar “Barsa”nın tərk edəcəyi söylənilən Pep, deyesən, yol üstündədir. Klubla müqavilə müddətini artırmaqdan imtina edən Qvardiolanın gedişi bu oyunlardan sonra tezləşə bilər.
 
Qapıçı, tir və dirək…
Son üç ildə dünyanın ən yaxşı  futbolçusu Lionel Messi son üç oyunda özünə bənzəmədi. “Çelsi”ylə qarşılaşmada qapıçı ilə dueldən məğlub ayrılan argentinalı penalti zərbəsini tirə vurdu. Mən heç vaxt onun belə zərbə vurduğunu görməmişdim. Əsasən qapıçıdan uzaq küncə, yerlə zərbələr vuran Messi bu dəfə dəyişmişdi. Günahını yumaq istəyən futbolçu sonra dirəyi nişan aldı. Hər iki oyunda qol vura bilməyən Leo turnirin rekordçusu olmaq şanısını da qaçırdı.
Digər məqam: “Çelsi”nin qapısının Messi üçün lənətləndiyini söyləmək olar. 8 oyunda 0 qol. Maraqlıdır, deyilmi? Leo hələ də “zadəganlar”ın qapısının “qıfılının açarı”nı tapa bilməyib.
 
Futbolun ədaləti…
İndi hamı “Çelsi”nin finala çıxmasını ədalətsizlik adlandırır. Məncə, kökündən yanlış yanaşmadır. 1992-ci ildən “Barselona”nın azarkeşi olan şəxs kimi, bu cütdə rəqib komandanı finala layiq olduğunu düşünürəm. Həmişə futbolda ədalətin gec-tez öz yerini tapdığı qənaətindəyəm. Üç il əvvəl “Barselona” ÇL-in yarımfinalında hakim səhvləri sayəsində “Çelsi”ni üstələyib, kuboku qazanmışdı.
Tarix boyu müharibələrdə ağıllı müdafiə qurmağı bacaranlar qalib gəliblər. Uzun müddət topa sahibolma və rəqibin azlıqda qalması da qələbə istəyi olmayana kömək etmir. Məhz bu istəksizlik, doyma həddi “Barsa”ya mane oldu. Yeni nəfəsə ehtiyac var.
 
P.S. Kuboku “Çelsi” qazanacaq. Çünki yarımfinala yüksələn digər üç komanda ilə müqayisədə londonlular mükafata sahib çıxmayıblar. Artıq Abramoviçin vaxtıdır.
 
Kamal RZA, korner.az saytı üçün

Son yazılar

To Top